Azərbaycan 1 pillə gerilədi

13:52 19 İyul 2018

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə geriləyib. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu doğma meydanda Sloveniya “Olimpiya”sı ilə heç-heçəyə razılaşdı - 0:0. Bununla komandamız ölkəmizin hesabında əlavə 0.125 xal yazdırdı. Lakin bu, Azərbaycanın Serbiyanı qabaqlayıb, 22-ci sıradakı yerimizi qorumaq üçün yetərli olmayıb.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 23-cü pillədəyik. Azərbaycanın hesabında 17.250 reytinq xalı var. Onun 0.625 (0.375 “Qarabağ”, 0,250 “Neftçi”) xalı cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti