"Sumqayıt" heç-heçə etdi - YENİLƏNİB

01:20 20 İyul 2018

Yeni mövsümə Türkiyədə hazırlaşan “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb. “Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub.

 

Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

 

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.

 

Meydana sonradan daxil olanlar: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 39. Tural Bayramlı, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov.


Digər xəbərlər

Xəbər xətti