Azarkeşlər Ronaldonun şəklini tualet kağızına vurdular

17:11 19 İyul 2018

"Napoli" azarkeşləri Kriştiano Ronaldonun "Yuventus"una keçidinə etiraz olaraq etdiyi hərəkətlə diqqət çəkiblər.

 

Sportarena.az xəbər verir ki, bəzi azarkeşlər portuqaliyalı hücumçunun şəkillərini tualet kağızının üzərinə yapışdırıblar. Onlar həmin tualet kağızlarını dükanlarda satmağa başlayıblar.

 

"Napoli" azarkeşləri bundan əvvəl eyni hərəkəti "Yuventus"a transfer olunan sabiq futbolçuları Qonzalo İquain üçün də etmişdilər.

 

Qeyd edək ki, Ronaldo bu ay 112 milyon avroya "Real"dan "Yuventus"a transfer olunub.


Digər xəbərlər

Xəbər xətti