İspaniya yığmasının yeni baş məşqçisi təqdim olundu

18:29 19 İyul 2018

Futbol üzrə İspaniya yığmasının yeni baş məşqçisi Luis Enrike rəsmən ictimaiyyətə təqdim olunub.

 

Sportarena.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının mənzil-qərargahında baş tutan təqdimat mərasimində qurumun prezidenti Luis Rubiales “Barselona”nın sabiq çalışdırıcısına uğurlar arzulayıb:

 

“Luis Enrikeyə İspaniya yığmasına verdiyi dəyərə görə təşəkkürümü bildirirəm. Ona yeni işində uğurlar arzulayıram”.

 

Qeyd edək ki, Enrike ilə İFF arasında 2 illik müqavilə imzalanıb. O, AÇ-2020-nin sonuna qədər yığmanın başında olacaq.


Digər xəbərlər

Xəbər xətti