Ruslan Abışovdan "Neftçi"yə bədxəbər: Uzun müddət oynamayacaq

00:08 20 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Uypeşt" - "Neftçi" matçının 38-ci dəqiqəsində zədələnərək meydanı yarımçıq tərk etməli olan Ruslan Abışovun durumunu aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı dizindən ciddi zədə alıb. Bu barədə futbolçunun qardaşı və meneceri olan Sərxan İbrahimoğlu məlumat yayıb.

 

Abışovun zədəsi ciddi olduğundan, uzun müddət meydanlardan qalmaq ehtimalı var. Futbolçu tibbi müayinələrdən sonra durumuna tam aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti