Roberto Bordin: "Oyunu əks-hücum üzərində qurmağı düşünürdük"

02:16 20 İyul 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:

 

“Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik. Əlbəttə, bu çox acınacaqlı haldır. Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.


Digər xəbərlər

Xəbər xətti