"Liverpul"dan 75 milyonluq transfer

10:45 20 İyul 2018

“Liverpul” “Roma”nın qapıçısı Alisson Bekerin keçidini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, onunla 6 illik müqavilə bağlanıb. “Roma” qapıçının transfer qiymətini də açıqlayıb. “Liverpul” onun üçün 62,5 milyon avro ödəyib. “Roma” bonus şəklində daha 10 milyon avro qazana bilər.

 

Beləliklə, Alisson dünyanın ən bahalı qapıçısı olub. Beker “Roma”ya 2016-cı ildə 8 milyon avroya keçmişdi.


Digər xəbərlər

Xəbər xətti