Uefa reytinqi: Azərbaycan 1 pillə irəlilədi

Sportarena.az      20 İyul 2018, 11:17

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə irəliləyib. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qəbələ”, “Neftçi” və “Keşlə” növbəti oyununu keçirdi. “Neftçi” Macarıstanın “Uypeşt” klubu ilə səfər oyununda böyük hesabla uduzdu – 0:4. “Keşlə” Malta “Baltsan”ına evdə 2:1, “Qəbələ” səfərdə Lüksemburq “Proqres”inə 1:0 hesabıyla qalib gəldi.

 

Klublarımızın üçünün də mübarizəni dayandırmasına baxmayaraq, ölkəmiz irəliləməyə imkan tapıb. Belə ki, “Keşlə” ilə “Qəbələ” qalib gəlməklə Azərbaycanın reytinqinə hərəyə 0.250 xal yazdırıb. Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.750 reytinq xalı var. Onun 1.125 (0.375 “Qarabağ”ın, 0.250 “Neftçi”nin, 0.250 “Keşlə”nin, 0.250 “Qəbələ”nin payına düşür) xalı cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin