“Sabah”ın daha iki rəqibi məlum oldu

11:47 20 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib məlum olub.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın debütantı iyulun 21-də Türkiyənin “Osmanlıspor”, iyulun 25-də isə İranın “Traktorsazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək.\

 

Qeyd edək ki, “Sabah” Boludakı ilk yoxlama oyununda “Girəsunspor”la qarşılaşıb (1:1). Bakı komandası təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də, Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti