"Barselona" "Real"a rəqib oldu - Hazardın transferində

14:34 20 İyul 2018

Kriştiano Ronaldonu "Yuventus"a satan "Real"ın hədəfindəki əsas futbolçunun Eden Hazard olduğunu məlumat vermişdik.


Sportarena.az xəbər verir ki, "kral Klubu" artıq belçikalı ulduzla anlaşıb və "Çelsi" ilə danışıqları davam etdirir. Ancaq "Real" bu transferlə bağlı ciddi maneə ilə üzləşib.


Madrid klubunun əsas rəqibi "Barselona" da Hazarda elçi düşüb. Hətta kataloniyalılar onun qarşılığında London klubuna Osman Dembele və müəyyən məbləğdə pul təklif edib.
 


Digər xəbərlər

Xəbər xətti