"Neftçi" Bordinlə yolları ayırır?

15:26 20 İyul 2018

“Neftçi” yenicə baş məşqçi vəzifəsinə gətirdiyi Roberto Bordinlə yollarını ayıra bilər.

 

Sportarena.az xəbər verir , bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Tuttomercatoweb.com” saytının iddiasına görə, komandanın Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Uypeşt”ə biabırçı hesabla uduzması klub rəhbərliyini narazı salıb:

 

“Bordinin “Neftçi” macərası çempionat başlamadan bitə bilər. Çünki Macarıstandakı böyük hesablı məğlubiyyət klub rəhbərliyinin narazılığına səbəb olub. Demək olar ki, bu məğlubiyyət Bordinin kreslosunu laxlatdı”.

 

Qeyd edək ki, “Neftçi” Bakıda qazandığı 3:1 hesablı qələbənin revanşında səfərdə “Uypeşt”də 0:4 hesabı ilə uduzaraq, Avroliqaya birinci təsnifat mərhələsindəndən vida edib.


Digər xəbərlər

Xəbər xətti