"İnter Arena"nın adı dəyişdirildi - FOTO

15:50 20 İyul 2018

"Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Arena"nın dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, stadion bundan sonra "ASK Arena" adlandırılacaq. Bu barədə arenanın sahibi olan Azərbaycan Sənaye Korparariyası qərar qəbul edilib. Artıq staionun girişindəki "İnter Arena" sözü "ASK Arena" ilə əvəzlənib.

 

Məsələ ilə bağlı "Keşlə"nin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. Klub rəsmisi xəbəri təsdiqləsə də, bu qərarın onlar tərəfindən deyil, arenanın məxsus olduğu Azərbaycan Sənaye Korparariyası tərəfindən verildiyini bildirdi.

 

Qeyd edək ki, "Keşlə"yə (keçmiş "İİnter"ə) Cahangir Hacıyev rəhbərlik edərkən klubun adına Beynəlxalq Bankdan küllü miqdarda kredit götürülmüş, əvəzində "İnter Arena" girov qoyulmuşdu. Cahangir Hacıyevin həbsindən sonra klub kreditləri ödəyə bilməyib. Nəticədə kredit məsələsi həll olunana qədər stadion əvvəl "Aqrarkredit"in daha sonra isə Azərbaycan Sənaye Korparariyasının tərkibinə verilib. ASK arenanın tamhüquqlu sahibi sayılır. "Keşlə" isə stadionun xidmətindən icarə əsasında yararlana bilir.



Digər xəbərlər

Xəbər xətti