Millidə oynamayan futbolçu DÇ-2018-in medalından imtina etdi

Sportarena.az      20 İyul 2018, 17:48

Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə hücumçu Xorvatiya mətbuatına açıqlama verib. O, komandasının uğurunda pay sahibi olmadığını əsas gətirərək medalı istəmədiyini deyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".

 

Kaliniç xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. O, Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.

 

Kaliniç DÇ-2018-in qrup mərhələsinin ilk turunda Nigeriya ilə matçın sonuna 5 dəqiqə qalmış çiynində ağrı olduğunu bəhanə gətirərək, əvəzetmədən meydana çıxmaq istəmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Yığmanın baş məşqçisi Zlatko Daliç isə bunun ilk dəfə baş vermədiyini bildirərək, Kaliniçi evə göndərmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin