"Sumqayıt" fitnes zalında çalışdı

18:04 20 İyul 2018

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" 5-ci günə fitness məşqi ilə start verib.

 

Sportarena.az xəbər verir ki, komanda səhər saatlarında “Koru” otelinin idman zalında hazırlaşıb. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb.

 

Qeyd edək ki, "Sumqayıt" Bolu toplanışının 5-ci gününü axşam məşqi ilə yekunlaşdıracaq.


Digər xəbərlər

Xəbər xətti