"Tottenhem"də yeni müqavilə

18:21 20 İyul 2018

"Tottenhem"də yeni müqavilə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçi Hyunq-Min Sonla yeni müqavilə imzalayıb. Klubun  rəsmi saytının yaydığı məlumata görə cənubi koreyalı futbolçu ilə sözləşmənin müddəti 2023-cü ilədək nəzərdə tutulub.

 

İngiltərə Premyer Liqasında ən çox qol vuran asiyalı futbolçu olan 26 yaşlı yarımmüdafiəçi "Tottenhem"in heyətində meydana çıxdığı 140 qarşılaşmada 47 dəfə rəqib qapıçıları məyus edib.


Digər xəbərlər

Xəbər xətti