“Zirə” Qətər klubu ilə heç-heçə etdi

21:25 20 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin "Əl-Xaritiyah" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. “Zirə”nin yeganə qoluna 51-ci dəqiqədə Mirsahib Abbasov imza atıb. Amma rəqib 76-cı dəqiqədə Mahir Yusifin vurduğu qolla bərabərliyə nail olub.

 

Qeyd edək ki, “Zirə” Türkiyə toplanışı çərçivəsində "Əskişəhərspor" və "Osmanlıspor" klubları ilə də yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti