"Səbail" Türkiyə klubu ilə qarşılaşacaq

21:59 20 İyul 2018

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail”in daha bir rəqibi məlum olub.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi  iyulun 22-də Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydançasında yerli “İstanbulspor” komandası ilə yoldaşlıq oyunu keçirəcək. Oyun yerli vaxtla 17:00-da başlayacaq.

 

Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə yerli komanda “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” komandası ilə heç-heçə edib 2:2, üçüncü oyunda isə “Sivasspor”a 1:2 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti