Venger yığma komandada çalışacacaq?

Sportarena.az      21 İyul 2018, 10:49

Arsen Venger “Arsenal”dan ayrıldıqdan sonra hələ də işsizdir. Fransalı mütəxəssis karyerasını bitirmək fikrində olmadığını bildirmişdi.

 

Sportarena.az xəbər verir ki, 0, xeyli təklif alsa da, hələ ki, seçim etməyə tələsmir. Vengerə daha bir təklif Yaponiyadan var. Yaponiya Futbol Federasiyası onu yığmanın “sükanı arxasında” görmək istəyir. Məlumata görə, federasiya yaxın günlərdə fransıza rəsmi təklif göndərəcək. Vengerin xidmətində bir neçə Çin klubunun da maraqlı olduğu bildirilir.

 

Onu da qeyd edək ki, Venger 90-cı illərin ortalarında Yaponiyanın “Naqoya Qrampus” klubunda çalışıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin