Ayxan Abbasov: "Yeni transferlərimiz hələ hazır deyil"

Sportarena.az      21 İyul 2018, 11:18

“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov  Türkiyə toplanışı çərçivəsində Qətərin "Əl-Xaritiyah" klubu ilə keçirilən yoxlama oyunu (1:1) haqda danışarkən deyib. O, klubun saytına açıqlamasında yeni transferlərin tam hazır olmadıqlarını dilə gətirib:

 

“Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin