"Sabah" "Osmanlıspor"la heç-heçə etdi - YENİLƏNİB

Sportarena.az      21 İyul 2018, 21:45

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, rəqib qardaş ölkənin “Osmanlıspor” komandası olub. “Bolu Termal Otel”in meydançasında keçirilən görüşün 13-cü dəqiqəsində Tural Qürbətov bakılıları hesabda önə çıxarıb. Rəqib 83-cü dəqiqədə matçda tarazlığı bərpa edib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

 

“Sabah” qarşılaşmaya bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.

 

Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Girəsunspor”la 1:1 hesablı heç-heçə etmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin