“Kukesi” - “Qarabağ” matçının hakimləri açıqlandı

Sportarena.az      21 İyul 2018, 15:14

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Kukesi” (Albaniya) - “Qarabağ” matçının hakimləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, Albaniyada keçiriləcək ilk görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Matça baş hakim kimi Ola Hobber Nilsen çıxacaq. Tom Harald Qronevik və Qeyr Oskar İsaksen yan xətt hakimi, Kay Erik Stin ehtiyat hakim olacaq. Oyunun hakim-inspektoru ispaniyalı Xuan Antonio Fernandes Marin, UEFA nümayəndəsi isə şimali irlandiyalı Roy Katkart təyin olunub.

 

Qeyd edək ki, “Kukesi” - “Qarabağ” qarşılaşması iyulun 25-də, saat 21:00-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin