UEFA-dan Əliyar Ağayev təyinat

Sportarena.az      22 İyul 2018, 11:18

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-2019 mövsümündə baş hakim kimi ilk təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, Qazaxıstanın "Kayrat" və Hollandiyanın "AZ Alkmar" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar. Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 26-da Almatıdakı Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin