Futbolçumuz yenə dubl etdi

Sportarena.az      22 İyul 2018, 12:19

Futbol üzrə Latviya Birinci Liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Smiltene” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının qollarından ikisini Əsgərov vurub. O, 8 və 32-ci (penaltidən) dəqiqələrdə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 12-yə çatdırıb və liqanın bombardirlər cədvəlində ilk sıradakı yerini qoruyub.

 

“Dauqavpils” isə 10 turdan sonra 25 xalla ikinci pillədə yer alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin