"Kukesi"nin baş məşqçisi: "Niyə biz də möcüzə etməyək?”

Sportarena.az      22 İyul 2018, 14:13

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Kukesi”nin baş məşqçisi Armando Kunqu Albaniya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Albaniya klubunun baş məşqçisi “Qarabağ”la ilk oyunda qol buraxmamağın önəmli olacağını bildirib:

 

“Hələ ki, oyun üçün heyəti müəyyənləşdirməmişəm. Diqqətli olmalıyıq. Biz böyük potensialı olan komanda ilə qarşılaşacağıq. “Qarabağ” hər il avrokuboklarda iştirak edir. Onlar ötən mövsümdə Çempionlar Liqasının qrupunda yer alıb. Bu rəqiblə ilk görüşdə qol buraxmamaq çox vacibdir.  Öz komandamın hazırlığından razıyam. Amma bu da kifayət deyil. Futbol maraqlı idman növüdü. Niyə biz də möcüzə etməyək?”

 

"Qarabağ" "Kukesi" ilə ilk oyununu iyulun 25-də səfərdə keçirəcək və görüş saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin