Simon Rrumbullaku: “Qarabağ” çox güclüdü"

Sportarena.az      22 İyul 2018, 17:53

Çempionlar Liqasıın ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi - Albaniyanın “Kukesi” klubunun müdafiəçisi Simon Rrumbullaku qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayıb.
 

Sportarena.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki, “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq yaxşıdı: “Qarabağ” güclü komanda olsa da, məqsədimiz mərhələ adlamaqdı”.

 

O bildirib ki, "Qarabağ" Avropanın tanınmış klublarındandı:

 

"Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Bundan əvvəlki rəqibimiz Malta “Valletta”sı bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki “Qarabağ” çox güclüdü. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması avqustun 1-i Bakıda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin