İnyestanın yeni macərası uğursuz başladı

13:40 23 İyul 2018

Yay fasiləsində “Barselona”dan Yaponiyanın “Vissel Kobe” klubuna  keçən Andre İnyesta yeni komandasında debüt edib.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Yaponiya liqasının 17-ci turunda “Şonan Bellmare” ilə keçirilən oyunun 59-cu dəqiqəsində meydana daxil olub. Komandası 0:3 hesabı ilə uduzan İnyesta heç nə ilə yadda qalmayıb.

 

Hazırda "Vissel Kobe" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti