Pərdis Fərcad-Azadın yeni klubu məlum oldu

14:30 23 İyul 2018

Ötən mövsümün sonunda "Keşlə" ilə yollarını ayıran Pərdis Fərcad-Azadın yeni klubu məlum olub.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını “Zirə”də davam etdirəcək. Millimizin sabiq futbolçusu Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin düşərgəsinə qoşulub. Pərdislə tezliklə bir illik müqavilə bağlanacaq.

 

Qeyd edək ki, 2012-ci ildə Azərbaycana gələn futbolçunun ölkəmizdə ilk klubu "Sumqayıt" olub. Pərdis Fərcad-Azad 2016-cı ildə "Keşlə"yə keçmişdi.


Digər xəbərlər

Xəbər xətti