Millimiz Avropa kubokunu 9 medalla başa vurdu

Sportarena.az      23 İyul 2018, 16:54

Çexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.

 

Sportarena.az xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa kubokunun gümüş medalına sahib olub.


Bununla da, cüdoçularımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

 

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin