Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

17:38 23 İyul 2018

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Kukesi” (Albaniya) ilə “Qarabağ” arasındakı ilk qarşılaşmadan öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, iyulun 24-də baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq. "Köhlən atlar"ın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Loro Boriçi” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


Digər xəbərlər

Xəbər xətti