Dünya və Avropa çempionu "Qaliblər"də - VİDEO

14:18 24 İyul 2018

Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" layihəsinin növbəti qonağının adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, verilişin bu dəfəki buraxılışı poverliftinq üzrə Dünya və Avropa çempionu Ramil Əhmədov olub. Tamaşaçılar verilişin ənənəsinə uyğun olaraq tanınmış idmançının bir günü ilə yaxındna tanış olmaq imkanı əldə edəcəklər..

 

Verilişdə izləyicilər titullu idmançının ailəsi ilə tanış olub, karyerası boyunca üzləşdikləri çətinliklər barədə məlumat əldə edəcəklər. Eyni zamanda, idmana yaxınlığı ilə seçilən məşhurlardan biri Ramil Əhmədovun qonağı da olacaq.

 

Beləliklə, iyulun 25-i saat 22:00-da "CBC Sport" kanalında yayımlanacaq "Qaliblər" verilişini izləməyi unutmayın.


Digər xəbərlər

Xəbər xətti