"Valensiya" italiyalı futbolçunu transfer etdi

15:00 24 İyul 2018

"Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın "Sportinq" klubundan Kristiano Piççinini transfer edib. "Yarasalar" italiyalı müdafiəçi ilə  4 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu 2017/2018-ci il mövsümündə Lissabon klubunun heyətində 24 qartşılaşmada meydana çıxıb.

 


Digər xəbərlər

Xəbər xətti