Pirlonun yeni iş yeri məlum oldu

15:34 24 İyul 2018

“Milan” və “Yuventus”un əfsanəvi futboloçusu Andrea Pirlo bekarçılığın daşını atıb.

 

Sportarena.az xəbər verir ki, Pirlo bundan sonra ekspert kimi fəaliyyət göstərəcək. O, “Sky Sports” (İtaliya) telekanalı ilə anlaşıb. Pirlo İtaliya A seriyasının oyunlarını təhlil edəcək. Andreanın işləyəcəyi qrupda Canluko Vialli, Fabio Kapello, Alessandro del Pyero, Esteban Kambyasso da var.

 

Pirlo karyerasını 2017-ci ildə bitirib. Onun sonuncu klubu “Nyu-York Siti” olub. DÇ-2006-da çempion olan Andrea 6 dəfə skudettonu qazanıb, 2 dəfə də Çempionlar Liqasında qalib gəlib.


Xəbər xətti