"Barselona" "Roma"nın transferini necə "oğurladı"?

16:07 24 İyul 2018

"Bordo"nun futbolçusu Malkomun "Roma"ya keçidi baş tutmayıb.

 

Söprtarena.az xəbər verir ki, İtaliya klubu transferlə bağlı danışıqların başa çatdığını, futbolçuya görə 32 milyon avro (əlavə 4 milyon bonus) ödəyəcəyini açıqlasa da, transfer reallaşmayıb. Buna "Barselona"nın müdaxiləsi səbəb olub. Belə ki, Kataloniya klubu Malkom üçün 41 milyon avro təklif edib. "Bordo" isə təklifi müsbət cavablandırıb. La Liqanın qalibi futbolçu ilə danışıqlara başlayıb.

 

“Hər şey başa çatmışdı. Biz Roma şəhərinə uçmağa hazırlaşdıq. Son anda "Bordo" rəhbərliyi transferin baş tutmayacağını bildirdi. Yəqin ki,yaxın günlərdə bu məsələyə aydınlıq gələcək” deyə futbolçunun agenti bildirib.

 

Xatırladaq ki, "Barselona" 29 yaşlı Villianın transferi üçün "Çelsi" ilə danışıqlar aparırdı. “Zadəganlar”ın 70 milyon avro tələb etməsi katalonların Malkom variantına əl atmasına səbəb olub.


Digər xəbərlər

Xəbər xətti