La Liqada yeni mövsümün püşkü atıldı

16:54 24 İyul 2018

Futbol üzrə İspaniya La Liqasında yeni mövsümün püşkü atılıb.

 

Sportarnea.az xəbər verir ki, 2018/19 mövsümünə avqustun 18-də start veriləcək. İlk turun oyunları 18, 19, 20 və 21 avqustda baş tutacaq.

 

Futbol azarkeşlərinin maraqla gözlədiyi "Barselona" və "Real" arasındakı matçların tarixi də məlum olub. Tərəflər arasında ilk "El Klassiko" oktyabrın 28-də "Kamp Nou" keçirləcək. İkinci görüş isə martın 3-də "Santyaqo Bernabeu"da baş tutacaq.

 

Bu mövsüm La Liqa tarixində ilk dəfə VAR texnologiyasından istifadə olunacaq.

 

İspaniya La Liqası, 1-ci tur

Atletik B - Leqanes
Betis - Levante
Selta - Espanyol
Eybar - Hueska
Jirona - Valyadolid
Rayo Valyekano - Sevilya
Barselona - Alaves 
Valensiya - Atletiko
Real - Xetafe
Vilyarreal - Real Sosyedad


Digər xəbərlər

Xəbər xətti