Ronaldo "Yuve" rəhbərliyindən xahiş etdi: Onu transfer edin

17:44 24 İyul 2018

“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, onun xidmətində “Yuventus” maraqlıdır. Məlumata görə, “Barselona”lının alınmasını rəhbərlikdən Kriştiano Ronaldo xahiş edib. Ronaldo Portuqaliya yığmasındakı oyundaşının potensialına bələddir. O, hesab edir ki, Qomeş “Yuve”də potensialını tam nümayiş etdirə bilər. Məlumata görə, “Yuventus” rəhbərliyi yaxın günlərdə Qomeşlə bağlı “Barselona”ya rəsmi təklif göndərəcək. 

 

Bir müddət əvvəl mətbuatda yayılan məlumatda bildirilirdi ki, Andre Qomeş “Tottenhem”ə keçə bilər.


Xəbər xətti