"Qarabağ"ın potensial rəqiblərinin duelində qalib müəyyənləşmədi - YENİLƏNİB

02:42 26 İyul 2018

 

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın “Kukesi” ilə qarşılaşmasından əlavə daha 4 oyun baş tutub. Bununla, ÇL-in 2-ci təsnifat mərhələsində ilk oyunlar yekunlaşıb.

 

“Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri - BATE ilə HİK də bu gün üz-üzə gəlib. Ağdam klubu kimi, potensial rəqibləri də bu gün qolsuz heç-heçəyə razılaşıb.

 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

25 iyul
Ludoqorets (Bolqarıstan) - Videoton (Macarıstan) 0:0

BATE (Belarus) - HİK (Finlandiya) 0:0

Kukesi (Albaniya) - Qarabağ (Azərbaycan) 0:0

Ayaks (Hollandiya) - Şturm (Avstriya) 2:0

Seltik (Şotlandiya) - Rusenborq (Norveç) 3:1


Xəbər xətti