UEFA "Qarabağ"ın yeni transferlərini təsdiqlədi

12:31 25 İyul 2018

Azərbaycan çempionu “Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Kukesi"nin (Albaniya) qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” yeni transferlərini - Con Delarj və İnnosent Emeqaranın adını UEFA-ya sifariş edib. Emeqara “Qarabağ”ın heyətində 7, Delarj isə 28 nömrəli formada çıxış edəcək. Hər iki futbolçu ampluaca hücumçudur.

 

"Kukesi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti