Messi karyerasını İtaliyada davam etdirəcək?

14:36 25 İyul 2018

Kriştiano Ronaldonun “Yuventus”a transferindən sonra daha bir ulduz futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. yenidən Çempionlar Liqasında çıxış edəcək “İnter” daha güclü heyət qurmağı planlaşdırır. Bu planın əsas hissəsi isə “Barselona”nın argentinalı ulduzu Lionel Messidir. Klubun rəsmisi Marko Tronçetti açıqlamasında “Fair-pley qaydaları icazə verərsə, Messini transfer etmək istəyirik” deyib.

 

Ötən mövsüm “Barsa” ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan Messinin sərbəst qalma məbləği 700 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti