Tite Braziliya millisinin tarixinə düşdü

11:35 26 İyul 2018

Braziliyanın futbol yığması DÇ-2022-yə də Titenin rəhbərliyi altında gedəcək.

 

Sportarena.az xəbər verir ki, DÇ-2018-də yığmanın 1/4 finalda dayanmasına baxmayaraq, Braziliya Futbol Konfederasiyası Tite ilə müqaviləni uzadıb. 57 yaşlı mütəxəssislə 4 illik - DÇ-2022 başa çatana qədər müqavilə bağlanıb.

 

O, bu müqavilə ilə Braziliya futbolunun tarixinə düşüb. Tite, Braziliya yığması dünya çempionu ola bilməsə də, baş məşqçi postundan qovulmayan ilk mütəxəssis olub.

 

Braziliya yığması Titenin rəhbərliyi altında 26 oyun keçirib, 20 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti