"Kukesi"nin prezidenti: "Pis nəticə oldu"

14:40 26 İyul 2018

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi”nin prezidenti Safet Qyici Albaniyadakı ilk oyundan sonra (0:0) açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti Albaniya mətbuatına açıqlamasında ilk matçdakı qolsuz heç-heçəni “pis nəticə” adlandırıb:

 

"Pis nəticə oldu. 90 dəqiqə ərzində biz daha çox hücum etsəydik, bunu yaxşı oyun adlandırmaq olardı. Əks-hücumların üzərində çox çalışmalıyıq. Rəqib qapısı qarşısında top bizdə olarkən sakit və dəqiq oynamalıyıq. Eqoist olmaq istəmirəm. Amma hesab edirəm ki, indi şanslar 50/50-yədir. Cavab oyununun ilk hissəsində rəqibin təzyiqinə tab gətirib qapımızı toxunulmaz saxlasaq, istəyimizə nail ola bilərik. Futbolçularımıza mükafat borcumuz qalmayıb. Mənim yeganə istəyim odur ki, komandamız oyunu ilə zövq versin”.

 

"Qarabağ"la "Kukesi" arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək və saat 21:00-da başlayacaq.


Xəbər xətti