"Beşiktaş" Çili millisinin üzvünü transfer edir

14:57 26 İyul 2018

"Beşiktaş" müdafiə xəttinə yeni transfer edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi son olaraq Meksikanın "Kruz Azul" klubunda çıxış edən Enzo Riko ilə razılıq əldə edib. 25 yaşlı çilili müdafiəçi "qara qartallar"a aza agent statusu ilə keçəcək. Çili millisinin üzvü ilə 3+1 illik müqavilə imzalanacaq. Roko illik 1,2 milyon avro maaş alacaq. Enzo bu gün İstanbula gələcək və tibbi müayinədən keçərək, rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Riko ölkəsinin "Universitad Katolika" klubunun yetirməsidir. Enzo İspaniyanın "Elçe" və "Espanyol" klublarının da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti