"Qaliblər": Ramil Əhmədovla bir gün - VİDEO

16:28 26 İyul 2018

Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər"in növbəti buraxılışı yayımlanıb.

 

Sportarena.az xəbər verir ki, "CBC Sport" kanalında yayımlanan verilişin növbəti qonağı poverliftinqçi Ramil Əhmədov olub. Tamaşaçılar titullu idmançının bir günü ilə yaxından tanış olublar.

 

Dünya və Avropa çempionu olan Əhmədovla tanışlıq onun evindən başlayıb. Ailə üzvləri ilə masa arxasında əyləşən idmançı karyerasından - uğurlarından, üzləşdiyi çətinliklərdən bəhs edib. Daha sonra idman zalında məşq edən Ramil bər-bərə də baş çəkməyi unutmadı. Şəhər gəzintisi zamanı isə o, hobbi və maraqlarından danışıb. Futbola həvəsi olduğunu bildirən Əhmədov azarkeşlik etdiyi komandanın da adını açıqlayıb.

 

Sonda isə verilişin ənənəsinə uyğun olaraq Ramil Əhmədov sürpriz qonaqla görüşüb. Sürpriz qonaq isə idman dünyasına yaxınlığı ilə seçilən, rejissor və aktyor Kənan (MM) Mahmudov olub.

 

Sonda isə verilişin ənənəsinə uyğun olaraq Ramil Əhmədov sürpriz qonaqla görüşüb. Sürpriz qonaq isə idman dünyasına yaxınlığı ilə seçilən, rejissor və aktyor Kənan (MM) Mahmudov olub.


Digər xəbərlər

Xəbər xətti