Klopp konfransa gəldi, Pep getdi - VİDEO

18:19 26 İyul 2018

Beynəlxalq Çempionlar Kubokunun "Mançester Siti" - "Liverpul" matçından sonra maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Xosep Qvardiola jurnalistlərin suallarını cavablandırarkən, qəflətən mersisaydlıların çalışdırıcısı Yurgen Klopp zala daxil olub. Bundan narahat olmayan ispan mütəxəssis cümləsini yarımçıq qoyaraq, həmkarını mikrafon qarşısına çağırıb. Ardınca isə onu jurnalistlərə təqdim edərək, otaqdan çıxıb. Etdiyi hərəkətdən utanan Klopp isə bu sözləri deyib: "Bəlkə də indi Mourinyo bura gələcək və mənim mətbuat konfransımı bitirəcək".

 

Qeyd edək ki, Beynəlxalq Çempionlar Kubokunda "Liverpul" "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti