Ulduz futbolçu açıqladı: “Real”ı tərk etmək istəyirəm“

11:26 27 İyul 2018

“Real”ın yarımmüdafiəçisi Mateo Kovaçiç “kral klubu”ndan ayrılmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, ehtiyatda qalmaq istəmədiyinə görə bu addımı atmağı planlaşdırdığını bildirib:

 

“Ehtiyatda qalıramsa, deməli, xoşbəxt deyiləm. Buna görə də “Real”ı tərk etmək istəyirəm. Gənc futbolçulara burda ağırdır. Düzdür, burda möhtəşəm 3 il keçirdim, xeyli titul qazandım, ancaq tam şəkildə xoşbəxt ola bilmədim. Bu situasiyanı dəyişmək istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti