Budaq Nəsirov "Sportinq"dən ayrılır

14:26 27 İyul 2018

Artıq 3 mövsümdür ki, Portuqaliyada legioner həyatı yaşayan gənc futbolçu Budaq Nəsirov "Sportinq”dən ayrılmaq üzrədi.

 

Sportrena.azxəbər verir ki, buna səbəb futbolçunun az oynaması, "B” komandasının  heyətindən əsas komandaya yüksələ bilməməsidi. Məlumatı "Futbol+” qəzetinə açıqlamasında Budağın meneceri Vaqif Heydərli də təsdiqləyib.

 

FİFA meneceri bildirib ki, yaxın günlərdə "Sportinq” rəsmiləri ilə görüşməyi planlaşdırır və bundan sonra Nəsirovun gələcək karyerasına aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti