Maradona evlənir - 28 yaşlı sevgilisi ilə

14:58 27 İyul 2018

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə özünə toy etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, 57 yaşlı veteran futbolçu hazırkı sevgilisi Rosio Olivye ilə evlənir. 28 yaşlı rəfiqəsinin doğum günündə ona evlilik təklif edən Maradona “hə” cavabı alıb. Cütlüyün toyunun yaxın günlərdə olacağı bildirilir.

 

Xatırladaq ki, Maradona hələ 2014-cü ildə gənc sevgilisinə evlikik təklif etmişdi. Ancaq həmin vaxt cütlük qalmaqallı şəkildə ayrılmışdı. Veteran futbolçu Olivyeni onun qızıllarını oğurlamaqda günahlandır və polisə müraciət etmişdi. Daha sonra isə şikayətinio geri götürmüşdü.


Digər xəbərlər

Xəbər xətti