Xames Rodrigez cərimələndi - 11 milyon avro

16:59 27 İyul 2018

"Real” klubuna məxsus olan, hazırda icarə əsasında Almaniyanın "Bavariya” klubunda forma geyən Xames Rodrigez vergidən yayındığına görə külli miqdarda cərimə ödəməli olacaq.

 

Sporarena.az xəbər verir ki, bu barədə Madrid klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu 11,65 milyon avro məbləğində cərimələnib.

 

2014-cü ildə "Real"a transfer olunandan sonra İspaniyaya köçən kolumbiyalı yarımmüdafiəçi 6,35 milyon avro məbləğində vergini ödəməkdən yayındığı üçün ona belə ağır cəza verilib. Vergi müfəttişliyi iddia edir ki, futbolçu tam həcmdə vergi ödəməlidir. Çünki onun iqtisadi fəaliyyətinin çox hissəsi İspaniya ilə bağlıdır.

 


Digər xəbərlər

Xəbər xətti