"Real"ın tarixi ənənəsi pozuldu

17:33 27 İyul 2018

"Real" yeni mövsümə tərkibində “Qızıl top” mükatçısı olmayan heyətlə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, Kristiano Ronaldonun "Yuventus"a transferindən sonra bu ənənə son 18 ildə ilk dəfə pozulub. Luiş Fiqonun 2000/01 mövsümündə Madrid klubuna transferindən başlayaraq, “kral klubu”nun heyətində hər zaman “Qızıl top” mükafatçısı olub. Zinəddin Zidan, Maykl Ouen, Ronaldo, Fabio Konnavaro, Kaka və Kriştianu Ronaldo futbolçulara fərdi şəkildə verilən ən yüksək mükafata məhz bu klubun heyətində layiq görülüblər.

 

"Qızıl top” mükafatçıları arasında Ronaldodan başqa karyerasını davam etdirən digər futbolçu "Barselona"nın hücumçusu Leonel Messidir.


Digər xəbərlər

Xəbər xətti