“Qarabağ” “Kukesi” ilə cavab matçının hazırlıqlarıına başladı

10:16 28 İyul 2018

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Kukesi" klubuna qarşı keçirəcəyi cavab matçının hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi öz bazasında məşq edib. Yeni transferlər - konqolu Con Delarjla isveçrəli İnnosent Emeqara da hazırlığa qoşulublar.

 

Xatırladaq ki, "Qarabağ" - "Kukesi" görüşü avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk oyunu heç-heçə başa çatıb – 0:0.


Xəbər xətti