"Milan"la "Yuventus"un "transfer üçbucağı"

17:56 28 İyul 2018

"Milan"ın müdafiəçisi Leonardo Bonuççi "Yuventus"la anlaşıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Açıqlanmayan məbləğdən əlavə "Yuventus" qarşı tərəfə 24 yaşlı müdafiəçisi Mattia Kaldaranı və Qonzalo İquaini verəcək. "Qoca sinyora" hücumçusunu icarəyə verməyə razı olub. 30 yaşlı argentinalı hücumçu maaş məsələsini "qırmızı-qaralar"la razılaşdırsa, keçid rəsmiləşəcək.

 

Qeyd edək ki, Bonuççi ötən mövsüm "Yuventus"dan "Milan"a 40 milyona avroya transfer olmuşdu.


Xəbər xətti